əks-REPO əməliyyatı

Müvəkkil bank tərəfindən İstiqrazların Milli Banka satışı (REPO-nun açılması) və eyni zamanda Milli Bank tərəfindən həmin İstiqrazları müvəkkil banka satmaq, müvəkkil bankın isə onları Milli Bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatı

əks-kəşfiyyat fəaliyyəti
əksreklam
OBASTAN VİKİ
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) — qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən — italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler −10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3–5 il) ərzində qüvvədə qalır.
Əks-partizan
Əks-partizan və ya Kontrgerilla — NATO tərkibindəki ölkələrdə sol təşkilatlanmağa, kommunist və marksist-leninist hərəkatına qarşı yaradılan CİA əlaqəli gizli Qladio təşkilatlanmalarının Türkiyədəki adı. NATO-un Xüsusi Hərb təlimnamələrinə görə, üzv ölkələrdə qurulan NATO vahidləri Türkiyədə 1952 ya da 1953-də əvvəl Səfərbərlik Tədqiq Təşkilatı adıyla təşkilatlanmış sonra doğrudan Baş qərargah rəisliyinə bağlı Xüsusi Hərb Dairəsi damı altında və bunun vətəndaş davamı olaraq fəaliyyət icra etmişdir. Bülənt Əcəvit 1974-də dövrün Baş qərargah Başçısı Semih Sancardan Xüsusi Hərb Dairəsinin varlığını öyrənmişdir. Türkiyədə 1980 çevrilişinin rəhbəri Baş qərargah rəisi Kənan Evrənin Türk əks-partizan "stay-behind" təşkilatlanmasının bir üzvü olduğu iddia edilir.Türkiyədə də "stay-behind" qruplardakı liderlərin qanuni vəzifələrdə olma üst-üstə düşməsi yaşanmışdır.
Əks-səda
Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə), maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v – səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. Əks-səda səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. İnfrasəsi və ultrasəsi insan qulağı qəbul etməsə də bir sıra heyvanlar bu səsləri çox yaxşı eşidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə) , maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar.
Əks inqilab
Əks inqilab, bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər.
Əks kəşfiyyat
Əks-kəşfiyyat, kəşfiyyata qarşı durmaq, onların vəzifəsi düşmənin və ya digər ölkələrin kəşfiyyat idarələri tərəfindən həyata keçirilən kəşfiyyata qarşı mübarizə, düşmənlərin və düşmən kəşfiyyat orqanlarının kəşfiyyat məlumatları toplamasının qarşısının alınması və ya əldə ediləcək məlumatları manipulyasiya etməkdir. Milli kəşfiyyat orqanları, buna əsaslanan ölkələrin təhlükəsizliyi hücum üçün həssasdır. Dövlətlər əks-kəşfiyyat idarələrini xüsusi məqsədlər üçün xüsusi xidmət orqanlarından ayrı və müstəqil şəkildə təşkil edirlər. Əksər ölkələrdə əks kəşfiyyat orqanları birdən çox agentliyin nəzdində düşmən kəşfiyyatına qarşı mübarizə aparır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, İngiltərədə Security Service əks kəşfiyyat orqanlarına nümunə göstərilə bilər. Əksər hallarda əks kəşfiyyat agentliklərinin birbaşa polis gücündən istifadə etmə hüququ yoxdur; lakin qanun çərçivəsində yerli təhlükəsizlik qüvvələrindən istifadə edə bilər və ya detektiv qüvvədən istifadə etmək səlahiyyəti olan qurumlar yarada bilərlər. İngiltərədə Təhlükəsizlik Xidməti nəznində (Security Service) “Xüsusi şöbə” (Special Branche) adlandırılan və Milli Təhlükəsizlik məsələlərində detektiv qüvvədən istifadə etmək səlahiyyətinə sahib olan xüsusi bir ofis mövcuddur. Rusiyada FSB, Polşada Służba Kontrwywiadu Wojskowego, Agencja Bezpieczeństwa Wewnętrznego kimi təşkilatlar bir çox daxili təhlükəsizlik agentliklərinə birbaşa əmrlər verirlər.
Əks-inqilab
Əks inqilab, bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər.
Əks mühəndislik
Tərsinə mühəndislik — deduktiv mülahizə vasitəsilə əvvəllər hazırlanmış cihazın, prosesin, sistemin və ya proqram təminatının bir tapşırığı necə yerinə yetirdiyinin (əgər varsa) başa düşülməyə çalışıldığı proses və ya üsul. Nəzərdən keçirilən sistemdən və istifadə olunan texnologiyalardan asılı olaraq, tərsinə mühəndislik zamanı əldə edilən biliklər köhnəlmiş obyektlərin təyinatının dəyişdirilməsinə, təhlükəsizlik analizinin aparılmasına və ya bir şeyin necə işlədiyini öyrənməyə kömək edə bilər. Prosesin həyata keçirildiyi obyektə xas olmasına baxmayaraq, bütün tərsinə mühəndislik prosesləri üç əsas addımdan ibarətdir: məlumatın çıxarılması, modelləşdirmə və nəzərdən keçirmə. Məlumat çıxarma əməliyyat üçün bütün müvafiq məlumatların toplanması təcrübəsidir. Modelləşdirmə, yeni bir obyekt və ya sistemin layihələndirilməsi üçün bələdçi kimi istifadə edilə bilən abstrakt bir modeldə toplanmış məlumatların birləşdirilməsi təcrübəsidir. Nəzərdən keçirmə seçilmiş abstraktın etibarlılığını təmin etmək üçün modelin sınaqdan keçirilməsidir. Tərsinə mühəndislik kompüter mühəndisliyi, maşınqayırma, dizayn, elektron mühəndislik, proqram mühəndisliyi, kimya mühəndisliyi və sistem biologiyası sahələrində tətbiq olunur. Müxtəlif sahələrdə tərsinə mühəndisliyi yerinə yetirməyin bir çox səbəbi var. Tərsinə mühəndislik öz mənşəyini kommersiya və ya hərbi üstünlük üçün aparatların analizindən alır.:13 Bununla belə, tərsinə mühəndislik prosesi həmişə surətin yaradılması və ya artefaktın hansısa şəkildə dəyişdirilməsi ilə bağlı olmaya bilər.:15 Bəzi hallarda tərsinə mühəndislik prosesinin məqsədi sadəcə olaraq köhnə sistemlərin yenidən sənədləşdirilməsi ola bilər.:15 Hətta tərsinə çevrilmiş məhsul rəqibin məhsulu olsa belə, məqsəd onu kopyalamaq deyil, rəqibin analizini aparmaq ola bilər. Tərsinə mühəndislik qarşılıqlı fəaliyyət göstərən məhsullar yaratmaq üçün də istifadə edilə bilər və bəzi dar çərçivədə hazırlanmış ABŞ və Avropa İttifaqı qanunvericiliyinə baxmayaraq, bu məqsədlə xüsusi tərsinə mühəndislik üsullarından istifadənin qanuniliyi iyirmi ildən artıqdır ki, bütün dünyada məhkəmələrdə qızğın mübahisələrə səbəb olur.
Elektron əks-tədbir
Elektron əks tədbir (ing. electronic countermeasures abr: ECM) bir elektrik və ya elektron cihazdır. Radar, sonar, infraqırmızı (IR) və ya lazer kimi digər aşkarlama sistemlərini aldatmaq üçün hazırlanmışdır. Düşmənə yönəlmiş hədəfləmə məlumatlarını inkar etmək üçün həm hücum, həm də müdafiə məqsədilə istifadə edilə bilər. Sistem düşmənə bir çox ayrı hədəfi göstərə bilər, real hədəfi yoxa çıxmış və ya təsadüfi hərəkət edən kimi göstərədə bilər. Təyyarələri idarə olunan raketlərdən müdafiə etmək üçün effektiv formada istifadə olunur. Əksər hərbi hava qüvvələri təyyarələrini hücumdan qorumaq üçün ECM müdafiə sistemlərindən istifadə edirlər.
Passatlararası əks cərəyan
Passatlararası əks cərəyan - Atlantik, Sakit və Hind okeanlarında, ekvatora yaxın enliklərdə Qərbdən Şərqə gedən okean cərəyanıdır. Passatlararası əks cərəyan keçmişdə Ekvator əks cərəyanı adlanırdı.
Əks-qəza avtomatikası
Əks-qəza avtomatikası (ƏQA) — enerji sistemin elektroenergetika rejiminin parametrlərinin ölçülməsini və emal edilməsini, məlumatların ötürülməsi və idarəetmə əmrlərinin verilməsini və nəzarət tədbirlərinin müəyyən edilmiş alqoritm və parametrlərə uyğun həyata keçirilməsini təmin edən, enerji sistemdə olan qəza rejimlərinin inkişafının qarşısını alan və ləğv edən qurğuların cəmidir. ƏQA qurğusu — qəzaların qeyd edilməsini həyata keçirən, enerji sistemin elektroenergetika rejiminin parametrlərini emal edən, idarəetmə təsirlərini seçən, qəza siqnalları və idarəetmə əmrlərini ötürən və ya nəzarət təsirlərini həyata keçirən və bütövlükdə (operativ və texniki) xidmət göstərən texniki qurğudur (aparat, terminal).
Əks-səda doğuracaq
…Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N. Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Döyüş əməliyyatı
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. == Tərkibi == Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. == Özünə məxsus xüsusiyyətləri == Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. == Ədəbiyyat == А — Бюро военных комиссаров / [под общ.
Düzləndirmə əməliyyatı
Düzləndirmə — yeyilmiş pardaq dairələrinin kəsicilik qabiliyyətini və forma dəqiqliyini artırmaq üçün düzləndirici aləti ilə tətbiq edilən prosesdir. Burada ilk növbədə pardaq dairəsinin doğuranı üzrə verilmiş mikrohəndəsə yaradılır ki, onun dəqiq fırlanması və profil dəqiqliyi təmin edilsin. Digər tərəfədən dairənin işçi səthində dənəciklərin arasında yığılmış yonqar hissəcikləri təmizlənir və eyni zamanda yeyilmiş dənəciklər məcburi sındırlma nəticəsində yeni kəsici tillərə yiyələnir. Düzləndirmə baş verən mexaniki yonma pardaq dairəsi ilə düzləndirici alət arasındakı qarşılıqlı təsirlə müəyyən olunur. Dairə alət cütünün nisbi hərəkəti dairənin lazımı topoqrafiyasının və bununla lazımı pəstah səthinin alınması üçün zəmin yaradır. Pardaq dairəsinin profilinin alınması iki istiqamətdə aparıla bilər: Profilləşdirmə düzləndirici alətin kinematik hərəkəti nəticəsində yaranır, yəni alətin oxboyu və uzununa istiqamətdə hərəkəti zamanı o pardaq dairəsinin işçi səthində verilmiş profili kəsir. Düzlındiricin həndəsi forması o qədər də rol oynamır. Kəsən tili tək almazdan olan düzləndirici kənarda aldığı kəsmə dərinliyi (ta) ilə pardaq dairəsinin eni boyunca uzununa verişlə (Va) hərəkət etdirilir. NC idarə olunan dəzgahlarda düzləndirmə prosesi avtomatlaşdırılmış şəkildə aparılır. Profillərin açılmasında əsasən diyircəkli düzləndirici alətlərdən istifadə olunur.
Edelveys əməliyyatı
Edelvays əməliyyatı (alm. Edelweiß‎) — Üçüncü Reyxin Qafqazı zəbt etmək planı. Bu plan Avropanın ən məşhur dağ güllərinin birisi olan edelveysin şərəfinə adlandırılmışdır. Almanların planı Qafqaz və Azərbaycanın Bakıda yerləşən neft yataqları üzərində kontrol ələ keçirməkdən ibarət idi. Həmin əməliyyat iyulun 23-də 1942-ci ildə Hitler tərəfindən təsdiq olunub. Əsas hərbi qüvvələr Vilhelm List idarə etdiyi "qrup A" ordusu, 1-ci zirehli avtomobil və tank ordusu (Evald fon Kleyst), 4-cü zirehli avtomobil və tank ordusu (polkovnik-general Herman Hot), 17-ci ordu (Riçard Rof), 4-cü hava donanmasının bir hissəsi (General-feldmarşal Volfram Frayher fon Rixthofen) və Rumıniyanın 3-cü ordusu (general Petre Dumitresku) daxil edirdi. Qrup A ordusu qərbdən Fyodor fon Bokun idarə etdiyi qrup B ordusu və cəmi 1.000 təyyarə olan 4-cü hava donanmasının qalan hissəsi tərəfindən təmin olunurdu. Quru qoşunların içərisində 15.000 neft fəhlələri ilə yanaşı 167.000 əsgər, 4.540 pulemyot və 1.130 tank var idi. == Hazırlıqlar == Almaniyada "Qafqazda alman neft", "Ost-Öl" və "Karpaten-Öl" kimi bir neçə neft şirkətləri yaradılır. Onlar ekskluziv olaraq Qafqaz neft yataqlarını istismar etmək üçün 99 illik icarə haqqı alırlar.
Entebbe əməliyyatı
Entebbe əməliyyatı (ivr. ‏מבצע יונתן‏‎ ; ing. Operation Entebbe) — 1976-cı ilin 4 iyul tarixində Uqandanın Entebbe şəhəri yaxınlığında yerləşən eyni adlı hava limanında İsrail ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gercəkləşdirilmiş girovların xilas edilməsi əməliyyatı. Əməliyyatın saat yarım kimi kimi qısa bir vaxtda, İsrail torpaqlarından 4.000 km kənarda həyata keçirilməsi və 52 nəfərə qarşılıq, cəmisi 1 nəfərin həlak olması dönəmin dövrü mətbuatında böyük əks-səda yaratmışdır. Hadisədən bir gün əvvəl Fələstin Xalq Azadlıq Cəbhəsinə mənsub terrorçular Təl-Əviv-Paris xətti üzrə uçuşları icra edən Fransa Hava Yollarına məxsus Airbus A300 tipli təyyarəni qaçırmaqla istiqaməti Uqandanın Entebbe Hava Limanına doğru yönəltmişdilər. Təyyarədə olan 248 sərnişinin əksəriyyəti etnik yəhudilərdən və ya İsrail vətəndaşlarından ibarət idi. Terrorçular qaçırılan 248 nəfərin əvəzində İsrail tərəfindən həbs edilmiş 40 nəfərə yaxın fələstinli məhkumun və dünyanın dörd müxtəlif ölkəsində saxlanılan daha 13 məhkumun azad edilməsini tələb edirdilər. Sonuncu dayanacağı Paris şəhəri olan təyyarə Afinada qısa dayanmadan sonra Benqazi şəhərinin üzərindən uçaraq Uqandanın Entebbe şəhərinin mərkəzi hava limanına doğru yönəlmişdir. Uqanda lideri İdi Aminin terrorçuları şəxsən qəbul etdiyi təxmin olunsada, onlara öz dəstəyini göstərdiyi məlumdur. Hava limanına enən təyyarədə olan sərnişinlər köhnə terminal binasına aparılmış və burada etnik yəhudi olan və ya İsrail vətəndaşlığı daşıyanlarla, digər millətlərdən olanlar ayrı-ayrı otaqlara yerləşdirilmişdir.
Füzuli əməliyyatı
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.
Fərrux əməliyyatı
Fərrux əməliyyatı — Xocalı rayonunun Fərrux dağı istiqamətində Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyat. Əməliyyat nəticəsində Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsi qeyri-qanuni erməni qüvvələrindən azad edilmişdir. Əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxmış, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin vizual nəzarəti təmin edilmişdir. Həmçinin Fərrux dağında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti əldə etməsi Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət imkanları yaratmışdır. == Zəmin == Fərrux kəndi Xankəndi şəhərindən 32, Əsgəran qəsəbəsindən isə 16 kilometr uzaqlıqda yerləşən dağətəyi ərazidir. İnzibati olaraq Xocalı rayonuna daxildir. Kəndin yaxınlığında Fərrux yüksəkliyi və eyni adlı göl var. Qarabağdakı ermənilər bu kəndin adına Parux deyir və onlara görə, kənd Əsgəran rayonu ərazisindədir. Kənd Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun işğalı altına düşmüşdü. Fərrux kəndi etnik ermənilərin yaşadığı Xankəndinə Azərbaycan hərbçilərinin "yolunu açdığı" üçün əhəmiyyətlidir.
Goranboy əməliyyatı
Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. [mənbə göstərin] Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır. == Hücumun başlanması == 12 iyun, 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sadəcə 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. == Əsas hücum == 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi.
Günnüt əməliyyatı
Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 əsgəri həlak olub. == Zəmin == Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Döyüşlər == "Günnüt əməliyyatı" — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş verib. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib. Mayın 20-də Azərbaycan Ordusunun hərbçisi Adil Tatarov bu istiqamətdə gedən atışmada həlak olub. Bu barədə açıqlama verən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, "Son həftələrdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində Azərbaycan qüvvələri mövqelərini inkişaf etdirmək və irəli çəkmək üçün aktiv mühəndislik işləri aparırlar.
Halqa əməliyyatı
Çaykənd əməliyyatı və ya "Halqa" əməliyyatı (rus. Операция «Кольцо», Operatsiya Koltso; erm. «Օղակ» գործողություն, Oghak gortsoğutyun) — 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi hərbi əməliyyat. Rəsmi olaraq "pasport yoxlanılması" adlanan əməliyyat, Sovet İttifaqının daxili işlər və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırması idi. Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü fədai adlandıran erməni silahlı dəstələrini məhv etmək nəzərdə tutulurdu. Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən "halqa" yaratmaq istəyirdi. Azərbaycan tərəfindən Çaykənd əməliyyatında, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi OMON-da isə yalnız azərbaycanlılar xidmət edirdilər. Əməliyyatda OMON-un komandiri Rövşən Cavadov da aktiv iştirak etmişdir. Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu.
Horadiz əməliyyatı
Horadiz əməliyyatı — 1993-ci ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonununda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, Qarabağ müharibəsində olan döyüşlərin biri. Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 21 kəndi (Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı) və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Tarixi == === Zəmin === 1993-cü il avqustun sonunda Qubadlını ələ keçirən ermənilər, yenidən qruplaşma üçün ehtiyac duyduğundan, atəşkəs elan etmişdilər və Ermənistandan yeni silah və qoşunları gəlişi üçün gözləmək məcburiyyətində idi. Oktyabrın sonlarında erməni hərbi birləşmələri (yalnız Ermənistan ordusunun müntəzəm hissəsi, qondarma "Dağlıq Qarabağ ordusu" nəzərdə tutulmur) Azərbaycan-İran sərhədində yerləşən Horadizi tez ələ keçirib, bununla Zəngilan rayonunun Azərbaycan ərazisi ilə əlaqəsini kəsmişdi. 1993-cü il dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etmək üçün cəhd göstərsə də, görünməmiş müqavimət ilə qarşılaşdı və geri çəkilməyə məcbur oldu. Bundan sonra Azərbaycan ordusu üç istiqamətdə hücuma keçdi. 15 dekabrda Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə hücuma keçdi — Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər.. Dağlıq Qarabağın şimal-şərqində hücum, erməniləri Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrini tərk etməsini məcbur etdi.
Həmədan əməliyyatı
Həmədan əməliyyatı — rus qoşunlarının İranda Birinci dünya müharibəsi zamanı 1915-ci ilin 17 (30) oktyabr — 3 (16) dekabrında keçirdiyi hücum əməliyyatı. Əməliyyatın keçirilməsinə səbəb İranda və Əfqanıstanda fəallaşan alman-osmanlı casus şəbəkəsi, məqsəd isə onun neytrallaşdırılması idi. Rusların iddiasına görə alman-osmanlı casuslarının fəaliyyəti nəticəsində İran vətəndaş müharibəsi həddində idi. Eyni zamanda Əfqanıstanın da Rusiya və İngiltərəyə qarşı çıxmaq ehtimalları artırdı. Bu şəraitdə rus Qafqaz ordusunun komandanlığı İrana Bakı və Xəzər dənizi vasitəsi ilə, N.N.Baratovun komandanlığı altında 3 tabor, 39 yüzlük, 5 batareya — cəmi 8 min adam və 20 top göndərdi. 17 (30) oktyabr korpus Ənzəli limanında yerə endi, 29 oktyabrda (11 noyabr) isə, əvvəl rus qoşunlarının olduğu Qəzvində cəmləşdilər. Sonra iki sütunla, iddialarına görə 8 minlik alman-osmanlı agenturasının mərkəzi olan Həmədan və Qum, bir kolonla isə Tehran üzərinə hərəkətə başladılar. 3 (16) dekabrda rus qoşunları Həmədanı tutdu, sonra Bürucərd, Dövlətabad, cənub-qərbi Laləkan və Qum rayonlarında alman-osmanlı diversantlarını darmadağın etdilər. Sonuncusu 9 (22) dekabrda alındı. Bu vaxta qədər korpusun qoşunları qüvvələrin bir hissəsi ilə Tehranın şimal-qərb, sonra isə cənub civarına çıxdılar.
Həsənqaya əməliyyatı
Həsənqaya əməliyyatı - 1992-ci il iyunun 29-da baş vermiş hərbi əməliyyat. == Zəmin == 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi. Hücuma "Goranboy" əməliyyatı adı altında Surət Hüseynov tərəfindən başçılıq edilirdi. Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan Ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər. 15 iyun, 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanıldı. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu.
Karusel əməliyyatı
"Karusel" (rus. карусель) — seçki saxtakarlığının üsullarından biri. Bir seçicinin rüşvət alması və eyni seçki məntəqələrində eyni şəxsin təkrar səs verməsi ilə əlaqədardır. "Karusel" termini seçicilərin bir seçki məntəqəsindən digərinə etdiyi dairəvi hərəkəti ifadə edir. Cinayət törədən şəxs seçki məntəqəsinə girməzdən əvvəl doldurulmuş bülleteni seçiciyə verir. Doldurulmuş bülleteni Seçki qutusuna düşür və yeni bülleten seçki təşkilatçısına verilir. == Tarixi == Sovet İttifaqının dağılmasından sonra karusel əməliyyatı dəfələrlə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Rusiya və Ukraynada keçirilən bələdiyyə, parlament və prezident seçkilərində istifadə olunub.
Kondor əməliyyatı
"Kondor" əməliyyatı (isp. Operación Cóndor) — 1970-1980-ci illərdə Cənubi Amerikanın bir sıra ölkələrində siyasi müxalifətin (əsasən kommunistlər və sosialistlərin) təqib edilməsi və məhv edilməsi kampaniyasıdır. Bunu ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay, Boliviyanın diktator rejimləri həyata keçirib. Bu dövlətlərin xüsusi xidmət orqanları koordinasiyalı şəkildə fəaliyyət göstərərək müxalifət nümayəndələrinin oğurlanmasını, işgəncə verilməsini, məhkəməsiz və istintaqsız edamlarını (xüsusən də “ölüm uçuşları”) təşkil edirdi. Tanınmış siyasətçilər, diplomatlar və ictimai xadimlər əməliyyatın qurbanı olurdu. Ümumilikdə, müxtəlif hesablamalara görə, 40-60 min insan o illərdəki terrorunun qurbanı olub: 30.000 argentinalı, 3.000 perulu, 3.000-dən çox çilili, 160 paraqvaylı, 150 boliviyalı, 140 uruqvaylı və 6 ekvadorlu.. 1992-ci ildə Paraqvaylı hüquq müdafiəçisi Martin Almada diktatura rejimlərinin dissidentlərin və müxalifətçilərin məhvi ilə bağlı dosyelər, hesabatlar və digər məlumatlardan ibarət terror arxivlərini aşkar etdi. 2001-ci ildə bir sıra insan haqları təşkilatları ABŞ-nin keçmiş dövlət katibi Henri Kissinceri Kondor əməliyyatında iştirakda ittiham edərək ona qarşı iddia qaldırıb. Argentinalı cinayəti araşdıran hakim Kissincerin potensial şübhəli və hətta müttəhim olduğunu söyləmişdi. Kissincer müstəntiq tərəfindən dindirilməyə çağırıldıqdan sonra dərhal Fransanı tərk emiş və Braziliyaya getməkdən imtina etmişdir.